İsmayıllıda 1 tona yaxın narkotik vasitə məhv edilib

İsmayıllıda 1 tona yaxın narkotik vasitə məhv edilib
  • Clock-gray 15:35
  • calendar-gray 11 İyul 2020

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilərinin  aşkar edilərək məhv edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Xanagah kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 903 kiloqram olan  787  ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Şahnəzər Bəşirov

Digər xəbərlər