Masallıda karantin qaydalarına zidd fəaliyyət göstərən kafe və çayxana aşkarlanıb

Masallıda karantin qaydalarına zidd fəaliyyət göstərən kafe və çayxana aşkarlanıb
  • Clock-gray 09:50
  • calendar-gray 03 İyul 2020

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan, məsuliyyətsiz davranış sərgiləyən şəxslərlə bağlı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, bu istiqamətdə Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər nəticəsində Masallı şəhəri ərazisində yerləşən 1 kafe və 1 çayxananın sərtləşdirilmiş karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən olunub. Obyektlərə baxış zamanı orada olan kafenin sahibi Ramiz Abıyev və 3 nəfər müştərinin, çayxananın sahibi olan Səfər Əlizadə və 8 nəfər müştərinin karantin qaydalarını pozduqları aşkar edilib. Həmin şəxslər Masallı Rayon Polis Şöbəsinə gətiriliblər və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Tural Kərimov

Digər xəbərlər