Mingəçevir sakini dostunun evində ölü vəziyyətdə aşkar olunub

Mingəçevir sakini dostunun evində ölü vəziyyətdə aşkar olunub
  • Clock-gray 08:32
  • calendar-gray 28 May 2020

 

Mingəçevir sakini mənzildə ölü vəziyyətdə tapılıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Heydər Əliyev, ev 41 ünvanında qeydə alınıb. 

Süleyman adlı şəxsin meyiti dostunun mənzilində aşkar olunub. Hadisənin hansı zəmində  baş verdiyi hələlik məlum deyil. Meyit məhkəmə tibbi ekspertiza laboratoriyasına təhvil verilib. 

İlkin məlumata görə, ölən şəxsin Ruhi Əsəb Xəstəlikləri Dispanserində qeydiyyatda olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

 

Ehtiram Muradov

Digər xəbərlər