Mingəçevir su anbarında batmaq təhlükəsi ilə üzləşən gənc xilas edilib - YENİLƏNİB

Mingəçevir su anbarında batmaq təhlükəsi ilə üzləşən gənc xilas edilib - YENİLƏNİB
  • Clock-gray 01:06
  • calendar-gray 05 İyun 2020

Fövqəladə Hallar Nazirliyi (FHN) Mingəçevir su anbarında batmaq təhlükəsi ilə üzləşən şəxsin xilas edilməsi barədə məlumat yayıb.

APA-nın xəbərinə görə, məlumatda bildirilir ki, iyunun 4-də FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Mingəçevir su anbarında, qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batmaq təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.

***

4 iyun, saat 22:22

Mingəçevir sakini, 2003-cü il təvəllüdlü Rəşidli Rüstəm su anbarı hövzəsində çimərkən batmaq təhlükəsi ilə üzləşib. 

APA-nın Mingəçevir bürosunun məlumatına görə, FHN-in Aran Dalğıc Axtarış Qrupu son anda gənci xilas edərək sahilə çıxarıb. 

 

Ehtiram Muradov

Digər xəbərlər