Mingəçevirdə qonşuların davasında iki nəfər xəsarət alıb

Mingəçevirdə qonşuların davasında iki nəfər xəsarət alıb
  • Clock-gray 20:13
  • calendar-gray 25 Oktyabr 2020

Mingəçevirdə qonşular arasında dava düşüb, xəsarət alanlar var.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Yeni Həyat köçkün qəsəbəsində baş verib.

Mübahisə və münaqişə zəminində 4-5 qonşunun iştirakı ilə kütləvi dava düşüb. Hadisə nəticəsində biri yüngül olmaqla iki nəfər xəsarət alıb. 1986-cı il təvəllüdlü Ağdam rayon sakini Əliyev Nofəl Famil oğlu və onun xanımı Əliyeva Bəyaz Yusif qlzı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Digər xəbərlər