Mingəçevirdə yataqxanada yanğın olub

Mingəçevirdə yataqxanada yanğın olub
  • Clock-gray 21:36
  • calendar-gray 06 Aprel 2020

Mingəçevirdə yanğın baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə axşam saatlarında Üzeyir Hacıbəyov küçəsində yerləşən fəhlə yataqxanasının ikinci mərtəbəsində qeydə alınıb.

Hadisə yerinə iki yanğınsöndürən maşın cəlb olunub. Sakinlər təhlükəsiz əraziyə çıxarılıb və alovun qarşısı yanğınsöndürənlər tərəfindən alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Digər xəbərlər