Narkomaniyadan əziyyət çəkən 1228 nəfərə məcburi müalicə təyin olunub

Narkomaniyadan əziyyət çəkən 1228 nəfərə məcburi müalicə təyin olunub
  • Clock-gray 11:06
  • calendar-gray 04 Avqust 2020

Bu ilin birinci yarısında 10832 nəfər sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə tibbi müayinədən keçirilib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövrüyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan APA-ya verilən məlumata gorə, onlardan 3101 nəfər narkotik vasitələrin istifadəsinə görə müayinə olunub, 1759 nəfər istifadəçi aşkarlanmış və müvafiq qeydiyyata götürülüb. Hazırda əvəzedici müalicə proqramı üzrə fəaliyyət göstərən 3 məntəqədə proqram çərçivəsində (Respublika QİÇS-lə Mübarizə Mərkəzində - 345, Respublika Narkoloji Mərkəzində - 165, Sumqayıt şəhər Narkoloji Dispanserində - 73) 583 nəfər xəstə müalicə alır. Ədliyyə Nazirliyi tərəfindən Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin məhkəmə-narkoloji tibbi yoxlaması təmin olunub və ekspertizadan cəmi 1794 nəfər keçib. Onlardan 1228 nəfərə narkomaniyadan məcburi müalicə təyin olunub,  mülki işlə bağlı narkoloji tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olan şəxslərin ümumi sayı 12 nəfərdir.

 

 

 

Əsmər Qabil

Digər xəbərlər