Neftçalada Kürdə batan tələbənin meyiti tapılıb - YENİLƏNİB-1

Neftçalada Kürdə batan tələbənin meyiti tapılıb - YENİLƏNİB-1
  • Clock-gray 15:26
  • calendar-gray 07 Avqust 2020

Kür çayının Neftçala rayonu, Aşağı Surra kəndi ərazisindən keçən hissəsində 2004-cü il təvəllüdlü Salayev Xəyal Zakir oğlunun axtarışları başa çatıb.

Bu barədə APA-ya FHN-dən bildirilib.

Məlumata görə, X.Salayevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

***

14:31

Kür çayında batan şəxsin tələbə olduğu məlum olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Neftçala rayonunun Aşağı Surra kənd sakini, 2004-cü il təvəllüdlü Salayev Xəyal Zakir oğlu Kür çayında çimərkən boğulub. Əraziyə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Qeyd edək ki, Xəyal Salayev Şirvan Humanitar Kollecinin tələbəsidir.

***

saat 13:22

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kür çayının Neftçala rayonu, Aşağı Surra kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə APA-ya FHN-dən bildirilib.

Məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Əlibəy Zeynallı

Digər xəbərlər