Oğuz sakini qonşusunu güllələyərək öldürüb - YENİLƏNİB-1 - FOTO

Oğuz sakini qonşusunu güllələyərək öldürüb - YENİLƏNİB-1 - FOTO
  • Clock-gray 11:17
  • calendar-gray 28 Fevral 2020

Oğuzda qonşusunu güllələyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Şəki regional qurupundan APA-nın yerli bürosuna verilən məlumata görə, qonşusunu öldürməkdə şübhəli bilinən Zərqəm Məsimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Ondan cinayətdə istifadə etdiyi “Tula” markalı tüfəng götürülüb.

 

Faktla bağlı Oğuz rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.

***

saat 10:07 

Oğuzda güllələnərək öldürülən şəxsin adı məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, araşdırmalar nəticəsində güllələnərək öldürülən şəxsin rayonun Kərimli kənd sakini, 1965-ci il təvəllüdlü Elşən Füruddin oğlu Abdullayev olması müəyyən edilib. O, qonşusu Məsimov Zərqəm Məmməd oğlu tərəfindən ov tüfəngi ilə güllələnib.

Faktla bağlı araşdırmalar davam etdirilir. 

***

saat 09:58

Oğuzda silahlı insident baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Kərimli kəndində qeydə alınıb. Güllələnən şəxs hadisə yerində ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

İnsidentin təffəruatları və güllələnənin şəxsiyyəti hələlik məlum deyil.

Vüqar Heydərov

Digər xəbərlər

Arxiv

date