Oğuzda bələdiyyə binası yanıb

Oğuzda bələdiyyə binası yanıb
  • Clock-gray 09:51
  • calendar-gray 18 Yanvar 2020

Oğuz rayonunun Filfilli kəndində ümumi sahəsi 140 m² olan birmərtəbəli 5 otaqlı inzibati binanın 2 otağının yanar konstruksiyaları və dam örtüyü 50 m² sahədə yanıb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

APA-nın yerli bürosunun əldə etdiyi məlumata görə, yanğın baş verən bina Xaçmaz kənd bələdiyyəsinə məxsus olub.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date