Oğuzda dağlıq ərazidə kişi meyiti tapılıb

Oğuzda dağlıq ərazidə kişi meyiti tapılıb
  • Clock-gray 17:36
  • calendar-gray 20 Oktyabr 2020

Oğuz rayonunda dağlıq ərazidə kişi meyiti tapılıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, "112" qaynar telefon xəttinə Oğuz rayonunun Xaçmaz kəndində dağlıq ərazidən 1 nəfərin meyitinin çıxarılması üçün müraciət daxil olub. Hadisə yerinə cəlb olunan Şimal-qərb Regional Mərkəzinin xilasediciləri 1963-cü il təvəllüdlü Kazımov Ramin İbrahim oğlunun meyitini çətinkeçilən ərazidən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Sail Ağasəlim

Digər xəbərlər