Ötən il Ali Məhkəmədə 38 xüsusi qərar çıxarılıb

Ötən il Ali Məhkəmədə 38 xüsusi qərar çıxarılıb
  • Clock-gray 13:43
  • calendar-gray 20 Fevral 2020

“2019-cu ildə baxılmış işlər 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə azalıb, cinayət və inzibati-iqtisadi kollegiyalarda isə artıb”.

APA-nın məlumatına görə, bunu Ali Məhkəmə Plenumunun növbəti iclasında sədr Ramiz Rzayev deyib.

O bildirib ki, mülki kollegiyada 5,6 faiz, hərbi kollegiyada isə 10,8 faiz azalma, cinayət kollegiyasında 8, inzibati-iqtisadi kollegiyada 46,4 faiz artma müşahidə olunub: “Ümumiyyətlə, Ali Məhkəməyə daxil olmuş işlərin sayı 4,4 faiz artıb. Baxılan işlərin və ləğv edilən məhkəmə qərarlarının statistikası aşağı instansiya məhkəmələrinin qərarlarının keyfiyyətinin əvvəlki illərə nisbətən yüksək olduğunu göstərir”.

Bildirilib ki, ötən il Ali Məhkəmənin Plenumunun 6 iclası keçirilib və 21 qərar qəbul edilib. Həmçinin işlərə baxılarkən aşkarlanmış nöqsanlar barədə 38 xüsusi qərar çıxarılıb. Ali Məhkəməyə müraciətlərdə ötən illə müqayisədə 26,8 faiz artım müşahidə olunub. 

 

Səlcuq Elçin

Digər xəbərlər

Arxiv

date