Özünü polis əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs tutulub - FOTO - VİDEO

Özünü polis əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs tutulub - FOTO - VİDEO
  • Clock-gray 16:52
  • calendar-gray 29 İyun 2020

Özünü polis əməkdaşı kimi qələmə verən və vətəndaşların etibarından sui-istifadə edərək onlardan müxtəlif məbləğlərdə pul alan əvvəllər məhkum olunmuş Qaradağ rayonunun Ələt qəsəbə sakini Zamiq Əhmədov saxlanılıb.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, saxlanılan şəxs ayrı-ayrı vətəndaşlardan aldatma yolu ilə 50 manat məbləğində pul müqabilində onları şəhərin giriş çıxışlarında quraşdırılmış polis nəzarət postlarından yayındırıb kənar və torpaq yollarla şəhər və bölgələr istiqamətində keçirib. Sonuncu belə əməliyyat zamanı o polis əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Qeyd edək ki, Zamiq Əhmədov bundan əvvəl CM-in 178-ci (dələduzluq) maddəsi ilə həbs edilib.

Polis əməkdaşlarının keçirdiyi növbəti tədbir nəticəsində Göyçay rayon sakini Nahid Şıxəliyev yaşadığı rayondan öz avtomobili ilə gətirdiyi həmyerlilərini Bakıya, Ələt qəsəbə sakini Şamo Şamilov da ayrı-ayrı şəxslərdən aldığı pul müqabilində onları polis nəzarət postlarından torpaq yolla keçirərkən saxlanılıblar. 

Saxlanılan hər üç şəxs barəsində məhkəmənin qərarı ilə inzibati qaydada həbs qərarı çıxarılıb.

apa-logo-mini

Digər xəbərlər