Prezident Akif Çovdarovu əfv edib

Prezident Akif Çovdarovu əfv edib
  • Clock-gray 16:46
  • calendar-gray 06 Aprel 2020

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əfv sərəncamı imzalayıb.

APA-nın məlumatına görə, əfv olunanlar arasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov da var. 

A.Çovdarov 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, Prezident İlham Əliyev dünyada koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların sağlamlıq vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq və humanizm prinsiplərinə əsaslanaraq bu gün əfv sərəncamı imzalayıb.

Səlcuq Elçin

Digər xəbərlər

Arxiv

date