Prokurorluğun sosial şəbəkələrdə yeni hesabları aktivləşdirilib - VİDEO

Prokurorluğun sosial şəbəkələrdə yeni hesabları aktivləşdirilib - VİDEO
  • Clock-gray 15:05
  • calendar-gray 06 İyul 2020

Məlumat mübadiləsi zamanı kütləvi informasiya vasitələri kimi, sosial media vasitələri də əhəmiyyətli rola malikdir. Sosial media hesabları vasitəsilə insanlar məlumatları paylaşmaqla yanaşı, həm də bir-biri ilə ünsiyyət qura bilirlər. Bu gün ən məşhur və aktiv sosial media vasitələrindən biri sosial şəbəkələr hesab edilir.

Baş Prokurorluqdan APA-ya verilən məlumata görə, bu məqsədlə prokurorluq orqanlarının fəaliyyətinə dair məlumatların operativ şəkildə əhaliyə, o cümlədən kütləvi informasiya vasitələrinə çatdırılmasını təmin etmək üçün facebook, instagram, twitter, youtube, telegram və linkedin sosial şəbəkələrində mövcud və yeni hesablar aktivləşdirilib. Səhifələrdə daimi olaraq prokurorluq orqanlarının fəaliyyətinə dair informasiyalar çevik və operativ olaraq paylaşılacaq. Səhifələrin zamanın tələbinə uyğun olaraq vizual və texniki baxımdan gücləndirilməsi məqsədilə işlər davam etdirilir. 

Məlumatlandırıcı qısa videoçarx təqdim olunur.

apa-logo-mini

Digər xəbərlər