Qazaxda minik və yük avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb - YENİLƏNİB

Qazaxda minik və yük avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb - YENİLƏNİB
  • Clock-gray 17:00
  • calendar-gray 12 İyul 2020

Qazax rayonunun Yuxarı Salahlı kəndində “Opel” markalı minik avtomobili və “Shacman” markalı yük avtomobili toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.

APA-nın yerli bürosunun məlumatına görə, qəza zamanı 1991 ci il təvəllüdlü Məmmədov Anar və 1985 ci il təvəllüdlü Novruzlu Rahim xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Yaralıların vəziyyəti ağır olduğundan Gəncədə yerləşən özəl xəstəxanaların birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır

***

saat 16.28

Qazax rayonunun Yuxarı Salahlı kəndində “Opel” markalı minik avtomobili və “Shacman” markalı yük avtomobili toqquşub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

Fuad Nazimoğlu

Digər xəbərlər