Qazaxda qadın ərini və qayınatasını bıçaqlayıb

Qazaxda qadın ərini və qayınatasını bıçaqlayıb
  • Clock-gray 17:38
  • calendar-gray 07 İyul 2020

Qazaxda ata və oğlu bıçaq xəsarəti alıb.

APA-nın məlumatına görə, rayon sakinləri, 1988-ci il təvəllüdlü İsmayılov Rafiq Yaşar oğlu və onun atası, 1965-ci il təvəllüdlü İsmayılov Yaşar Musa oğlu sifət və qolundan bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdiriblər.

İlkin məlumata görə, ata və oğul gəlin tərəfindən bıçaqlanıb. Belə ki, R.İsmayılovun həyat yoldaşı ərini və qayınatasını bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.

apa-logo-mini

Digər xəbərlər