Quba sakinindən qanunsuz saxlanılan ov tüfəngi götürülüb

Quba sakinindən qanunsuz saxlanılan ov tüfəngi götürülüb
  • Clock-gray 09:07
  • calendar-gray 20 Yanvar 2020

Quba Rayon Polis Şöbəsinin Qonaqkənd Polis Bölməsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah aşkarlanaraq götürülüb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə, PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təngəaltı kənd sakini, 39 yaşlı Rahib Fətullayevə məxsus fərdi yaşayış evindən müvafiq sənədləri olmayan bir ədəd ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır. Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date