Qubada karantin qaydalarını pozaraq futbol oynayanlar cərimələnib

Qubada karantin qaydalarını pozaraq futbol oynayanlar cərimələnib
  • Clock-gray 11:45
  • calendar-gray 14 İyul 2020

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunması və koronavirus pandemiyasının kütləvi yayılmasının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun Birinci Nügədi kəndi ərazisində qaydaları pozaraq futbol oynayan 25 nəfər şəxs saxlanılıb.

Onlar barəsində də İXM-nin müvafiq maddəsi ilə cərimə protokolları tərtib olunub və təyin olunmuş qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb.

 

Səlcuq Elçin

Digər xəbərlər