Sabirabad sakinindən 4 kq-a yaxın narkotik götürülüb

Sabirabad sakinindən 4 kq-a yaxın narkotik götürülüb
  • Clock-gray 12:01
  • calendar-gray 29 May 2020

Sabirabadda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Qaratəpə kənd sakini M.İsmayılovun həyətyanı sahəsində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu, habelə 3 kiloqram 870 qram marixuana aşkar edilərək götürülüb.

apa-logo-mini

Digər xəbərlər