Sabirabadda iki avtomobil toqquşub, xəsarət alanlar var

Sabirabadda iki avtomobil toqquşub, xəsarət alanlar var
  • Clock-gray 15:55
  • calendar-gray 31 May 2020

Sabirabadda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə bu gün saat 15.30 radələrində rayonun Qaratəpə kəndində qeydə alınıb. ”VAZ 21011” markalı avtomobillə “Mercedes” markalı avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

Yaralılardan bir nəfərin vəziyyəti ağır olduğundan, o, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.

 

Əlibəy Zeynallı

Digər xəbərlər