Sabirabadda itkin düşən kişi Kürdə axtarılır - YENİLƏNİB

Sabirabadda itkin düşən kişi Kürdə axtarılır - YENİLƏNİB
  • Clock-gray 16:09
  • calendar-gray 24 Mart 2020

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Kür çayının Sabirabad rayonu, Cavad kəndi ərazisindən keçən hissəsində 1976-cı il təvəllüdlü Abbasov Ziyad İsfəndiyar oğlunun batması barədə məlumat daxil olub.

APA-nın Nazirliyə istinadən verdiyi məlkumata görə, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

12:05

Sabirabad rayonunda iki uşaq atası itkin düşüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad rayonunun Əsədli kənd sakini, 1976-cı il təvəllüdlü Abbasov Ziyad İsfəndiyar oğlu ötən gün saat 16:00 radələrində itkin düşdüyü barədə Sabirabad polisinə müraciət edilib. Yaxınları onun özünü Kür çayına atmasını istisna etmir.

Faktla bağlı araşdırma aparılır.

Əlibəy Zeynallı

Digər xəbərlər

Arxiv

date