Sabirbadda yeni ailə quran qadın intihar edib

Sabirbadda yeni ailə quran qadın intihar edib
  • Clock-gray 21:27
  • calendar-gray 27 Yanvar 2020

Sabirabadda gənc qadın özünü asaraq intihar edib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, axşam saatlarında Sabirabad rayonunun Qarağac kənd sakini, 2000-ci il təvəllüdlü Günəşova Adilə Ağasəf qızı ailə münaqişəsi zəminində özünü ata evində asıb.

Yenicə ailə həyatı quran 20 yaşlı qadınla həyat yoldaşının valideyinləri arasında münaqişə yaranıb. Bundan sonra ata evinə qayıdan gənc qadın həmin yaşayış evində istifadə olunmayan otaqda axşam saatlarında özünə qəsd edib. Hazırda qadının meyiti müayinə olunması üçün məhkəmə tibb ekspertizasına təhvil verilib. 

Faktla bağlı Sabirabad rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

Əlibəy Zeynallı

Digər xəbərlər

Arxiv

date