Sabunçu rayonundakı tikinti materialları bazarında yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB-1

Sabunçu rayonundakı tikinti materialları bazarında yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB-1
  • Clock-gray 09:12
  • calendar-gray 02 Aprel 2020

Fövqəladə Hallar Hazirliyi Bakı şəhərinin Sabunçu rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb.

APA nazirliyin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 5000 m2 olan tikinti materialları bazarında bir-birinə bitişik müxtəlif təyinatlı ticarət obyektlərinin və piştaxtaların yanar konstruksiyaları 350 m2 sahədə yanıb. Bazarın qalan hissəsi və digər ticarət obyektləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

01.27

“Bakıxanov qəsəbəsindəki tikinti materialları bazarında baş vermiş yanğın haqqında ilk çağırış saat 00:50-də daxil olub və saat 00:54-də Fövqəladə Hallar Nazirliyinin 32 canlı qüvvəsi və 12 texnikası hadisə yerinə cəlb edilib”. 

Bunu APA-ya açıqlamasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəisi polkovnik Əkbər Novruzov bildirib.

O qeyd edib ki, yanğın 5000 kvadratmetrlik ərazinin 400 kavadratmetrini əhatə edib.

Polkovnik Ə.Novruzov yanğının baş verməsinə səbəb kimi ilkin olaraq mağazalardan birində elektrik qısaqapanmasının ehtimal olunduğunu bildirib.

****

01:27

Bazarda baş verən yanğın söndürülüb.

Hazırda FHN əməkdaşları tərəfindən ərazidə konstruksiyaların soyudulması prosesi həyata keçirilir. 

***

01:20

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Sabunçu rayonu, S.Qocayev küçəsində tikinti materialları bazarında yanğın olması barədə məlumat daxil olub. 

FHN-dən APA-ya verilən məlumata görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. 

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

00:56

Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində tikinti materialları bazarında yanğın baş verib.

APA xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası cəlb edilib.

Yanğının ərazidəki velosiped satışı ilə məşğul olan mağazadan başladığı bildirilir.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.  

 

Nurlan Əli

Digər xəbərlər