Salyanda piyadanı vurub qaçan sürücü saxlanılıb

Salyanda piyadanı vurub qaçan sürücü saxlanılıb
  • Clock-gray 12:24
  • calendar-gray 25 Sentyabr 2020

Salyanda piyadanı vurub hadisə yerindən uzaqlaşan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 22-də Salyan rayonunun Çuxanlı kəndi ərazisində müəyyən edilməmiş avtomobil yolu keçən kənd sakini M.Kərimovu vurub. Piyada xəsarətlə xəstəxanaya yerləşdirilib. Sürücü isə hadisə yerindən yayınıb.

Salyan Rayon Polis Şöbəsi  əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “VAZ-2106” markalı avtomobilin sürücüsü, Seydan kənd sakini H.Fətəliyev müəyyən edilərək saxlanılıb.

Sail Ağasəlim

Digər xəbərlər