Şirvanda avtomobilin vurduğu piyada xəsarət alıb

Şirvanda avtomobilin vurduğu piyada xəsarət alıb
  • Clock-gray 20:18
  • calendar-gray 02 Dekabr 2019

Şirvanda piyadanı avtomobil vurub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri H.Əliyev prospektində baş verib.

"Mercedes" markalı avtomobil yolu keçən 1957-ci il təvəllüdlü Ağayev Zakir Zahid oğlunu vurub. Sonuncu ağır qapalı kəllə-beyin travması diaqnozu ilə Şirvan xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində araşdırma aparılır.

Əlibəy Zeynallı

Digər xəbərlər

Arxiv

date