Şəkidə karantin rejimini pozan kafe qapadılıb - FOTO

Şəkidə karantin rejimini pozan kafe qapadılıb - FOTO
  • Clock-gray 10:28
  • calendar-gray 30 Mart 2020

Şəkidə karantin rejimini pozan kafe aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində xidmət aparılan zaman şəhərin Bağbanlar küçəsində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən kafe aşkar edilib və qaydalara əsasən fəaliyyəti dayandırılıb. Həmin kafeni işlədən şəxs barəsində  İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub,

Bu istiqamətdə tədbirlər karantin rejimi müddətində  davam etdiriləcək.

Vüqar Heydərov

Digər xəbərlər