Şəkidə övladlarını ölümlə hədələyən ata tutulub

Şəkidə övladlarını ölümlə hədələyən ata tutulub
  • Clock-gray 11:26
  • calendar-gray 01 İyun 2020

Şəkidə övladlarını silahla hədələyən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 29-da Şəki şəhər sakinləri olan bacı və qardaş Şəki Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək atası, əvvəllər məhkum olunmuş R.Süleymanovun onları bıçaqla öldürəcəyi ilə hədələməsini bildirib.

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən R.Süleymanovun yaşadığı evə baxış zamanı 1 ədəd avtoqələm formasında yivsiz silah, 2 ədəd bıçaq, 41 ədəd patron və 15 ədəd giliz aşkar edilib götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Səlcuq Elçin

Digər xəbərlər