Şəmkirdə 5 yaşlı oğlanı maşın vuraraq öldürüb

Şəmkirdə 5 yaşlı oğlanı maşın vuraraq öldürüb
  • Clock-gray 12:23
  • calendar-gray 27 Fevral 2020

Şəmkirdə azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumatına görə, fevralın 26-da saat 16.00 radələrində Şəmkir rayonunun Düzqışlaq kəndi ərazisində Qaracəmirli kənd sakini R.Əmirxanov idarə etdiyi “VAZ-21015” markalı avtomobillə yolu keçən kənd sakini, 5 yaşlı Rüstəm Paşayevi vurub və nəticədə uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Şəmkir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Səlcuq Elçin

Digər xəbərlər

Arxiv

date