Şəmkirdə ailə üzvlərini yandıran şəxs barəsində iki maddə ilə cinayət işi başlanıb

Şəmkirdə ailə üzvlərini yandıran şəxs barəsində iki maddə ilə cinayət işi başlanıb
  • Clock-gray 10:45
  • calendar-gray 08 Aprel 2020

Şəmkirdə ailə üzvlərini yandıran şəxslə barəsində cinayət işi başlanıb.

APA-nın məlumatına görə, Şəmkir rayon sakini, 1963-cü il təvəllüdlü Yaqubov Vəli Əkbər oğlunun həyat yoldaşını, oğlunu, gəlinini və nəvəsini yandırma faktı ilə bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29.120.2.4-ci (xüsusi amansızlıqla adam öldürməyə cəhd), 29.120.2.7-ci (iki və daha çox şəxsi öldürməyə cəhd) maddələri cinayət işi başlanılıb. 

Qeyd edək ki, hadisə aprelin 7-də rayonun Seyfəli kəndində qeydə alınıb.

Vəli Yaqubov hadisədən bir neçə saat əvvəl ailəsi ilə mübahisə edib və onlara bildirib ki, evi tərk etsinlər, əks təqdirdə evi yandıracağı ilə hədələyib. Daha sonra o, benzin tökərək altıotaqlı evi əşyaları ilə birlikdə yandırıb. 

Nəticədə 1966-cı il təvəllüdlü Yaqubova Nüşabə Vəli qızı, 1988-ci il təvəllüdlü Vəliyev Əkbər Vəli oğlu, 1988-ci il təvəllüdlü Hüseynova Nərgiz Zahid qızı və 2016-cı il təvəllüdlü Vəliyeva Banu Əkbər qızı yanıq xəsarətlər ilə xəstəxanaya yerləşdiriliblər.

Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində V. Yaqubov  tutularaq istintaqa təhvil verilib. 

Səlcuq Elçin

Digər xəbərlər