Şəmkirdə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB

Şəmkirdə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
  • Clock-gray 22:52
  • calendar-gray 27 May 2020

Şəmkirdə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların kimliyi məlum olub.

 APA-nın yerli bürosunun məlumatına görə, yaralanan şəxslər 1986-cı il təvəllüdlü Əliyev Fəxrin Qulu oğlu və  1970-ci il təvəllüdlü Əliyeva Zenfira Habil qızıdır.

***

22:38

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2106” markalı minik maşını ilə “Mercedes” markalı avtomobil toqquşub. Qəza zamanı iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

 

Fuad Nazimoğlu

Digər xəbərlər