Sumqayıtda 3 avtomobilin iştirakı ilə yol qəzası olub, xəsarət alan var - FOTO

Sumqayıtda 3 avtomobilin iştirakı ilə yol qəzası olub, xəsarət alan var - FOTO
  • Clock-gray 16:49
  • calendar-gray 18 Yanvar 2020

Sumqayıtda 3 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, qəza şəhərin Cəlil Məmmədquluzadə küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Opel Zafira" markalı avtomobilin sürücüsü idarəetməni itirərək minik vasitəsini "Mercedes" markalı avtomobilə çırpıb. Zərbənin gücündən "Mercedes" yol kənarında dayanan digər "Mercesedes" markalı avtomobilə dəyib. 

Nəticədə yol kənarında dayanan avtomobil yolu keçmək istəyən azyaşlını vurub.

Ağır bədən xəsarətləri alan 12 yaşlı Qurbanov Elmir Elxan oğlu Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır. 

Ramil Zeynallı

Digər xəbərlər

Arxiv

date