Sumqayıtda avtomobilin vurduğu qadın ölüb

Sumqayıtda avtomobilin vurduğu qadın ölüb
  • Clock-gray 09:46
  • calendar-gray 24 May 2020

Sumqayıtda yol-nəqliyyat hadisəsində xəsarət almış şəxs xəstəxanada ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, qəza mayın 21-də şəhərin Sülh prospektində qeydə alınıb.

Yolu keçmək istəyən piyada 1964-cü il təvəllüdlü Məmmədova Gülyaz Ağayar qızını avtomobil vurub. Ağır bədən xəsarətləri alan 56 yaşlı qadın Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına  yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və bu gün səhər saatlarında dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Ramil Zeynallı

Digər xəbərlər