Sumqayıtda sərxoş kişi küçədə soyuqdan donaraq ölüb

Sumqayıtda sərxoş kişi küçədə soyuqdan donaraq ölüb
  • Clock-gray 14:22
  • calendar-gray 20 Yanvar 2020

Sumqayıt şəhərində ölüm hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 6-cı mikrorayon ərazisində qeydə alınıb. Belə ki, ötən gün axşam saatlarında yaşadığı mənzilə gələn 1956-cı il təvəllüdlü Əsgərov İnqilab Tapdıq oğlu bir müddət sonra oranı tərk edib. Sərxoş vəziyyətdə olan şəxs küçədə yıxılaraq orada qalıb. Onun meyiti səhər saatlarında qonşular tərəfindən aşkarlanıb.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Müayinə zamanı 64 yaşlı kişidə heç bir xəsarət aşkarlanmayıb. Həmin şəxsin soyuqdan donaraq öldüyü ehtimal olunur.

Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Ramil Zeynallı

Digər xəbərlər

Arxiv

date