Sumqayıtda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib - FOTO

Sumqayıtda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib - FOTO
  • Clock-gray 22:05
  • calendar-gray 27 Fevral 2020

 

Sumqayıt şəhərinin Sülh küçəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

APA-nın yerli bürosunun məlumatına görə, hərəkətdə olan “Mercedes” markalı avtomobil qarşısındakı avtomobili ötmək istəyərkən qəza törədib. 

Nəticədə “Mercedes”in sürücüsü idarəetməni itirərək yol kənarındakı işıq dirəyinə çırpılıb. İşıq dirəyi isə digər avtomobilin üzərinə aşıb. Hadisə nəticəsində “Mercedes”in sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Ramil Zeynallı

Digər xəbərlər

Arxiv

date