TƏBİB Xudatda həkimlərin qəzaya düşməsi ilə bağlı məlumat yayıb - YENİLƏNİB

TƏBİB Xudatda həkimlərin qəzaya düşməsi ilə bağlı məlumat yayıb - YENİLƏNİB
  • Clock-gray 17:03
  • calendar-gray 08 İyul 2020

 Bakı-Quba yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı 7 həkim yaralanıb.

TƏBİB-dən APA-ya verilən xəbərə görə, onlardan 5 yüngül yaralıya ambulator yardım göstərilərək buraxılıb. 2 həkim isə müayinəyə göndərilib.

***

15:44

Bu gün Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın Qubanın Atuc kəndi ərazisindən keçən hissəsində baş verib. 

Xudat xəstəxanasına məxsus "UAZ" markalı maşın qarşısındakı avtomobilin ani manevr etdiyi üçün idarəetməni itirərək yoldan çıxıb və aşıb. Qəza zamanı maşında olan xəstəxananın iki əməkdaşı xəsarət alıb. 

Faktla bağlı araşdırma aparılır. 

Vəli Turan

Digər xəbərlər