Təcridxanaya bibər turşusunun içində narkotik keçirilməsinin qarşısı alınıb

Təcridxanaya bibər turşusunun içində narkotik keçirilməsinin qarşısı alınıb
  • Clock-gray 13:56
  • calendar-gray 26 May 2020

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətindən APA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 263.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Məmmədli Nicat İlkin oğluna tanışı, Sumqayıt şəhər sakini Rəhimli Ramin Mansur oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman plastmas qabda olan bibər turşusunun içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə 1,512 qram narkotik vasitə “marixuana” aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Səlcuq Elçin

Digər xəbərlər