Tehran ABŞ Dövlət Departamentinin təhdidinə cavab verib

Tehran ABŞ Dövlət Departamentinin təhdidinə cavab verib
  • Clock-gray 21:42
  • calendar-gray 23 Yanvar 2020

Tehran ABŞ rəsmisi Brayan Hukun İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Qüds" briqadasının yeni komandiri general İsmayıl Qaanini sui-qəsd ilə  hədələməsinə münasibət bildirib.

APA-nın Tehran bürosunun məlumatına görə, İran XİN-in sözçüsü Abbas Musəvi B.Hukun açıqlamasını ABŞ-ın məqsədli terrorizmin göstəricisi olduğunu bildirib.

"General Qaaniyə qarşı ABŞ Dövlət Departamenti rəsmisinin açıqlaması bu ölkənin dövlət terroru və məqsədli terrorizm siyasətini rəsmi şəkildə aşkarlayır", - Musəvi deyib.

 
 
 

Süleyman Fərzəliyev

Digər xəbərlər

Arxiv

date