Tovuzda avtomobil aşıb

Tovuzda avtomobil aşıb
  • Clock-gray 16:25
  • calendar-gray 25 May 2020

Tovuzda idarəetmədən çıxan avtomobil yol kənarına aşıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb. Belə ki, Mirhüseyn Qasımov idarə etdiyi “VAZ 21011” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə avtomobil yoldan bir neçə metr kənara aşıb.

Qəza zamanı sürücü yüngül xəsarət alıb, avtomobil yararsız hala düşüb.

İlkin ehtimala görə, qəzaya yağışlı hava səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

 

Fuad Nazimoğlu

Digər xəbərlər