Ucarda 5 hektar ərazi yanıb

Ucarda 5 hektar ərazi yanıb
  • Clock-gray 23:00
  • calendar-gray 27 Fevral 2020

 

Ucar rayonunun Qarabörk kəndində 5 hektar ərazidə yanğın baş verib. 

APA-nın yerli bürosunun xəbərinə görə, kəndin kolluq ərazisində başlayan yanğının əhatəsi getdikcə genişləndiyindən hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Dövlət yanğından mühafizə hissəsinin 3 texnikası və canlı qüvvəsi cəlb olunub. 

Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb.  Yaxınlıqda olan yaşayış evləri yanğından mühafizə olunub.

 

Zahid Abışov

Digər xəbərlər

Arxiv

date