Ucarda yük maşını yanıb

Ucarda yük maşını yanıb
  • Clock-gray 18:34
  • calendar-gray 25 Sentyabr 2020

Ucarda yük maşını yanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax yolunun Ucar rayonunun Qaracallı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Kürdəmir rayon sakini, 1987-ci il təvəllüdlü Qabil Saleh oğlu Cabbarovun idarə etdiyi "FORD" markalı yük maşını anidən alışıb. Hadisə yerinə Ucar rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.

Zahid Abışov

Digər xəbərlər