Xaçmazda avtoqəzada ölən ikinci şəxsin də kimliyi məlum olub - YENİLƏNİB-1

Xaçmazda avtoqəzada ölən ikinci şəxsin də kimliyi məlum olub - YENİLƏNİB-1
  • Clock-gray 22:11
  • calendar-gray 06 Dekabr 2019

Xazmazda yük maşını ilə minik maşınının toqquşması nəticəsində ölənlərdən daha birinin şəxsiyyəti məlum olub.

APA-nın şimal bürosu xəbər verir ki, həmin şəxs 42 yaşlı Hüseynov Fariz Balazahid oğludur.

***

Saat 20:52

Xaçmazda baş vermiş yol qəzası nəticəsində ölən şəxslərdən birinin ad-soyadı məlum olub.

APA-nın şimal bürosunun məlumatına görə, bu, 1987-ci il təvəllüdlü Xaçmaz rayon Çarxı kənd sakini Əliyev Rəşid Elşad oğludur.

***

Saat 19:07

Bu gün axşam saatlarında Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Gəndob-Yalama yolunun Xaçmazın Çarxı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qoşqulu yük maşını ilə "Lada Priora" markalı nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində minik maşınının sürücüsü və sərnişini ölüb. 

Faktla bağlı araşdırmalar davam etdirilir. 

Vəli Turan

Digər xəbərlər