Xaçmazda iş adamının oğlu qəzada ölüb, bir nəfər xəsarət alıb

Xaçmazda iş adamının oğlu qəzada ölüb, bir nəfər xəsarət alıb
  • Clock-gray 22:38
  • calendar-gray 03 Aprel 2020

Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.  

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Xaçmaz-Niyazoba yolunda qeydə alınıb. "Hyundai" markalı maşının aşması nəticəsində Xaçmaz şəhər sakini, 1986-cı il təvəllüdlü Əliyev Ramin Rasim oğlu dünyasını dəyişib. Xəsarət alan Kamran Abbasov isə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. 

Qeyd edək ki, dünyasını dəyişən şəxs Xaçmazda iş adamının oğludur.  

Faktla bağlı araşdırma aparılır. 

 

Vəli Turan

Digər xəbərlər