Xırdalanda yanğın olub - VİDEO - YENİLƏNİB

Xırdalanda yanğın olub - VİDEO - YENİLƏNİB
  • Clock-gray 17:13
  • calendar-gray 08 Avqust 2020

Xırdalanda ümumi sahəsi 3600 m² olan üçmərtəbəli binanın xarici divarına vurulan alkopandan ibarət üzlük 100 m² sahədə və yol kənarında təkər tullantıları 150 m² sahədə yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

saat 14:24

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində (Bakı-Sumqayıt avtomobil yolunun kənarında) yanğın olması barədə məlumat daxil olub.

APA-nın Nazirliyin saytına istinadən verdiyi xəbərə görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib.

İlkin məlumata görə, təkər tullantıları yığılan geniş ərazidə yanğın baş verib. Görülən operativ tədbirlər nəticəsində yanğının qarşısı alınıb. Yanğın qısa müddət ərzində söndürülüb.

Əlavə məlumat veriləcək.

apa-logo-mini

Digər xəbərlər