Yusif İldırımzadənin qohumu qətlə yetirilib, cinayət işi başlanıb - FOTO - YENİLƏNİB

Yusif İldırımzadənin qohumu qətlə yetirilib, cinayət işi başlanıb - FOTO - YENİLƏNİB
  • Clock-gray 18:53
  • calendar-gray 24 Sentyabr 2020

Prokurorluq Yusif İldırımzadənin qohumunun qətli ilə bağlı məlumat yayıb.

Nərimanov rayon prokurorluğundan APA-ya verilən məlumata görə, sentyabrın 24-də saat 16 radələrində paytaxtın Nərimanov rayonu ərazisində, 1948-ci il təvəllüdlü Tağıyev Tahir Abbas oğlunun yaşadığı evdə üzərində kəsilmiş-deşilmiş bədən xəsarətləri olan meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

***

saat 18:23

Bakıda daha bir qətl hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi ev 57A ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan, 1948-ci il təvəllüdlü Tağıyev Tahir Abbas oğlu yaşadığı evdə qətlə yetirilib. 

Qeyd edək ki, qətlə yetirilən T. Tağıyev Xətai rayonunun sabiq prokuroru Yusif İldırımzadənin qohumudur. 

Onu da qeyd edək ki, bu gün paytaxtın Suraxanı rayonunda ana və qızı evində öldürülüb. 

Səlcuq Elçin

Digər xəbərlər