Zaqatalada yaşayış binasında yanğın olub - FOTO - YENİLƏNİB

Zaqatalada yaşayış binasında yanğın olub - FOTO - YENİLƏNİB
  • Clock-gray 14:03
  • calendar-gray 14 Fevral 2020

Fövqəladə Hallar Nazirliyi Zaqatalada yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, beşmərtəbəli yaşayış binasının zirzəmisində 1 m² sahədə karton və taxta tullantıları yanıb. Yanğın zamanı 3-ü azyaşlı olmaqla 18 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

saat 09:42

Bu gün səhər saatlarında Zaqatala şəhəri C.Cabbarlı küçəsindəki beşmərtəbəli yaşayış binasının zirzəmisində güclü tüstülənmə başlayıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti, müvafiq qurumların nümayəndələri cəlb edilib. 

Hazırda bina sakinləri təhlükəsiz əraziyə təxliyə edilir.

 

Vüqar Heydərov

Digər xəbərlər