Zərdabda qanunsuz odlu silah saxlayan şəxs saxlanılıb

Zərdabda qanunsuz odlu silah saxlayan şəxs saxlanılıb
  • Clock-gray 10:32
  • calendar-gray 07 Avqust 2020

Zərbad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxslərin aşkar edilməsi məqsədi ilə növbəti əməliyyat tədbiri həyata keçirilib.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyindən bildirilib. Məlumata görə, rayonun Çallı kəndində yaşayan İsa İsayev qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilindiyi üçün saxıanılaraq Zərdab Rayon Polis Şöbəsinə gətirilib. Onun kənd ərazisində yerləşən fermasındakı yaşayış yerinə baxış zamanı 1 ədəd təklüləli “İJ” markalı ov tüfəngi aşkar olunaraq götürülüb. Araşdırma zamanı İsa İsayevə məxsus ov silahının müvafiq sənədlərinin olmadığı məlum olub.

Faktla bağlı Zərdab  Rayon Polis Şöbəsində araşdırma aparılır.

Sail Ağasəlim

Digər xəbərlər