Abşeronda yanacaqdoldurma məntəqəsinin işçiləri arasında dava olub

Abşeronda yanacaqdoldurma məntəqəsinin işçiləri arasında dava olub
  • Clock-gray 10:31
  • calendar-gray 15 Noyabr 2019

Abşeronda yanacaqdoldurma məntəqəsində döyülmə faktı qeydə alınıb.

APA-nın məlumatına görə, hadisə Saray qəsəbəsində yerləşən "Petrol 100" yanacaqdoldurma məntəqəsində qeydə alınıb.

Məntəqənin operatorları - 1980-cı il təvəllüdlü Sahil Qurbanovla, 1992-ci il təvəllüdlü Pərviz Fərzəlizadə arasında söyüş üstündə mübahisə düşüb. Bu zaman S. Qurbanov iş yoldaşını vurub. P. Fərzəlizadə ağır xəsarət alıb.

Faktla bağlı Abşeron rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Səlcuq Elçin

Digər xəbərlər

Arxiv

date