Ağdamda avtomobil arxa düşüb, yaralılar var

Ağdamda avtomobil arxa düşüb, yaralılar var
  • Clock-gray 13:36
  • calendar-gray 22 Noyabr 2019

Ağdamda yol-nəqliyyat hadisəsi zamanı iki bacı xəsarət alıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hərəkətdə olan “VAZ 2107” markalı 10 LP 594 nömrəli avtomobil sürücünün idarəetməni itirməsi səbəbindən yol kənarındakı arxa düşüb. Nəticədə avtomobildə olan sərnişinlər - 1972-ci il təvəllüdlü Abdullazadə Səbinə Nuşirəvan qızı və 1970-ci il təvəllüdlü Sadıqova Aygün Nuşirəvan qızı müxtəlif bədən xəsarətlər alıblar. Yaralılar təcili tibbi yardım maşını ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

 

Habil Aslanoğlu

Digər xəbərlər

Arxiv

date