Bakıda mənzildə yanğın olub - FOTO - VİDEO

Bakıda mənzildə yanğın olub - FOTO - VİDEO
  • Clock-gray 03:37
  • calendar-gray 06 Noyabr 2019

Bakının Nərimanov rayonunda hündürmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib.

APA-nın məlumatına görə, K.Rəhimov küçəsində yerləşən hündürmətəbəli binanın 10-cu mərtəbəsində kombi sistemində yaranan nasazlıq yanğına səbəb olub.

Belə ki, mənzilin balkonunda olan kombidə qısaqapanma baş verib. Nəticədə naqillər əriyərək yerdə olan yanar konstruksiyalı əşyaların üzərinə tökülüb.

Hadisə zamanı mənzildə heç kəs olmadığından xəsarət alan olmayıb.

Əraziyə FHN-in Nərimanov rayonu üzrə Yanğından Xilasetmə Xidmətinin briqadaları cəlb edilib. Bina sakinləri təxliyə edilib. Alov qısa zamanda söndürülüb.

Hadisənin dəqiq hansı səbəbdən baş verməsi araşdırılır.

Nurlan Əli

Digər xəbərlər

Arxiv

date